|  
  |  
  |  
  |  
  |  
18 04, 2014
 
 
 
 
 
 

Oljas Süleymenov: “Ermənistan öz xətasını mütləq anlamalı və Qarabağdan çəkilməlidir”

20 December 2009, Sunday / ,
Write Comment 0 Add to Google
“Dünya ölkələrini gəzmiş və artıq işğalçılıq, irqçilik düşüncəsi ilə bir şey əldə etməyin mümkün olmadığına inanmış bir şəxs kimi əminəm ki, Ermənistan öz xətasını anlayaraq işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli və regionda sülhün, tərəqqinin inkişafına əngəl olmamalıdır”.
 

Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubiley tədbirlərinə qatılmaq üçün Bakıya gələn xalqımızın böyük dostu, ən çətin günlərdə bizim haqqımızı, hüququmuzu çəkinmədən müdafiə edən Oljas Süleymenov səfər proqramının çox gərgin olmasına baxmayaraq redaksiyamızın yeni ünvanına bizi ziyarətə gəldi. Oljas ağa ilə söhbətimizdə geniş mövzular dilə gətirildi: 1990-cı ildə Bakıda baş verən qırğınlardan danışıldı, Qarabağ probleminin həlli, ortaq türk dili, dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən özəl türk liseylərində yetişən gənclər haqqında fikir mübadiləsi aparıldı. Oljas ağa mərhum prezident Heydər Əliyevi xatırladı, onunla bağlı xoş təəssüratlarını dilə gətirdi, Bəxtiyar Vahabzadəni və digər dostlarını yada saldı... Geniş, məzmunlu və yaddaqalan bir görüş baş tutdu. O söhbəti yaxın saylarımızın birində qəzetimizdə oxuya biləcəksiniz. İndi isə həmin söhbətdən bəzi başlıqları qısa şəkildə diqqətinizə təqdim edirik.

Ermənistanın işğalçılıq niyyəti
Qafqazın əl-qolunu bağlayıb
- Mən dünyanın əksər ölkələrini gəzib-dolaşmışam. Bu gün işğalçılıqla, irqçiliklə bir şey əldə etmək mümkün deyil. Harada konflikt varsa, orada tənəzzül var, orada sülhdən, inkişafdan söhbət gedə bilməz. Ermənistanın işğalçılıq niyyəti Qafqazın əl-qolunu bağlayıb, bu regionda hər cür inkişafa mane olur. ən çox zərərçəkənlər isə elə ermənilərin özləridir. Azərbaycan inkişaf edir, böyük layihələrə imza atır, Ermənistan isə təcrid vəziyyətdədir və əhalisi gündən-günə kasıblaşmaqda, səfalətə sürüklənməkdədir. Ermənistan xətasını anlamalı, Qarabağdan çəkilməli, regionda inkişafa imkan verməlidir.

Türkiyə Ermənistana qapı açmaz
- İlk gündən bəri inanmışam ki, Qarabağ problemi həll olunmadan Türkiyə Ermənistana qapı açmaz. Ona görə də istər Azərbaycanda, istərsə də Türkiyədə bəzilərinin hay-küy salması çox yersiz görünür. Türkiyə hər zaman Azərbaycanın qardaşı olub, bu gün də belədir və onun maraqlarına uyğun olmayan heç bir addımı da atmaz.

Ortaq türk dili
- SSRİ-nin dağılmasından sonra bir çox türk xalqları müstəqillik əldə etdilər. Müstəqilliyi qazanmaq azdır, onu qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Bunun üçün də türk dövlətləri öz aralarında əlaqələri gücləndirməli, inteqrasiya prosesini sürətləndirməlidirlər. Bizə ortaq ünsiyyət dili lazımdır. Bu, qaçılmazdır, tarixin diqtəsidir. Bütün ərəblər Quran dili ətrafında birləşirlər. Biz bu həqiqətdən nəticə çıxararaq, özümüz üçün ortaq dil qəbul etməliyik. Ziyalılar da, siyasilər də, elm adamları da hər kəs bu işə dəstək verməlidir.

Bəxtiyarlar, Anarlar, Oljaslar, Elçinlər,
Aytmatovlar  və eləcə də ortaq türk dili türk liseylərində yetişir
- Dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən özəl türk liseyləri böyük tarixi bir vəzifəni yerinə yetirirlər. Amma bu liseylərin ən böyük vəzifəsi və əldə etdikləri uğur türk respublikalarının inteqrasiyasına dəstək verməkdir. Mən Qazaxıstanda, Qırğızıstanda, Azərbaycanda bu liseylərə baş çəkmişəm və çox xoşbəxtəm ki, bu cür təhsil müəssisələrimiz var və orada türk dünyasının gələcək ağsaqqalları yetişir, gələcək ünsiyyət dili formalaşır. Bu möhtəşəm işi gerçəkləşdirən fədakarlar hörmətə və sevgiyə layiqdirlər. Bəxtiyarlar, Anarlar, Oljaslar, Elçinlər, Çingizlər  və eləcə də ortaq türk dili türk liseylərində yetişir.

 
Üz-üzə  Digər başlıqlar
Səfir Masamitsu Oki inkişafın yapon modelini izah edir: Həyata pozitiv baxış, yeni informasiyaya maraq, həvəslə işləmək və 100 faizlik nəticəyə cəhd
Ələkbər Ağasıyev: 3 ildən əvvəlki kommunal borclar tələb edilə bilməz”
“Rusiya neytral qalsa, 3 ayın içərisində bütün torpaqlarımızı azad edərik”
“Rusiya neytral qalsa, 3 ayın içərisində bütün torpaqlarımızı azad edərik”
“Dərin dövləti İskəndər Böyükdən öyrəndim“
“Bələdiyyələrimiz hələ də formalaşma dövrünü yaşayır“
“Sülh anlaşması imzalanana qədər müharibə təhlükəsi davam edəcək“
İsa Alıyev: “Elm sahəsinə gənclərin marağını artırmaq lazımdır“
Əli Rəcəbli: “Vətənimizin adı ilk dəfə pul üzərinə eramızdan əvvəl 3-cü yüzillikdə həkk olunub“
“Karikatur demokratik cəmiyyətin göstəricisidir“
“Bakıya üzərində Azərbaycan bayraqları olan qalstuklarla gəlirik“
“Azərbaycan və Türkiyə bütün təxribatlara hazır olmalıdır“
Qafqaz Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilir
“Mobil danışıq tarifləri aşağı salınmalıdır”
Gəncədə qanvermə aksiyası keçirilib
Eynşteynin sürücüsü
Hacıbala Abutalıbov paytaxtdakı qeyri-qanuni duracaqlarla mübarizəyə start Verdi
Bakıda Sığorta Forumu keçiriləcək
ANAMA Lənkəranda mina təmizləmə işlərini davam etdirir
İnsannıx ölüf, ona ağlıyıram...
“Araz” supermarketi artıq Tbilisi prospektində
Onlayn təhlükəsizliyiniz üçün sadə tövsiyələr
Göygöldə ulu öndər anılıb
Quldur
Kinomuz “Kann” kinofestivalının “Qısa metr” proqramına daxil edilib
Elektron poçta əlavə edilən ilk şəkil
Lənkəranda narkoloji dispanserin açılışı olub
Paltarrarımızı heyvannar Geyəjək
Malatya pazari

kiv1

sirab
elif
 
 
Hollister kl?der,,cheap Microsoft Office 2013 professional plus sale,Botas de futbol baratas nike,Hollister outlet espa?a,Cheap Sony Vegas Pro 9,Nike air max 90 baratas,hollister oslo,Buy Windows Server 2008 R2,Buy microsoft office 2010 pro plus,hollister tiendas online