|  
  |  
  |  
  |  
  |  
17 04, 2014
 
 
 
 
 
 

“Qaynar xətt” bu dəfə yol polisləri üçün “qaynayır”

06 October 2010, Wednesday / NICAT İNTIQAM,
Read Comment 0 Add to Google
 Şikayətlər həm şifahi  formada “Qaynar Xətt” xidmətinin 408-30-17  və 408-30-27 saylı telefonlarına zəng vurmaqla, həm də yazılı formada  “Qaynar Xətt” xidmətinə( Bakı şəhəri,Nərimanov rayonu  Həsən Əliyev küçəsi 96, İş  Mərkəzinin III mərtəbəsi) müraciət etmək yolu ilə qeydiyyata alınır.
 

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu oktyabrın birindən “Yol polisi” şərti adı altında aylıq keçirir. İşçi Qrupundan qəzetimizə verilən məlumata görə, aylıq oktyabrın 31-dək davam edəcək. “Qaynar Xətt” xidmətində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin, həmçinin Bakı şəhərinin ayrı-ayrı rayonlarının polis idarələrinin yol polisi şöbələrinin əməkdaşlarının qanunsuz fəaliyyəti, rüşvət alma və korrupsiya faktları, əsassız protokolların yazılması, vətəndaşların əsassız incidilməsi ilə bağlı şikayətlər qəbul edilir.

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun üzvü, “Qaynar Xətt” xidmətinin rəhbəri Şahin Camalov qəzetimizə açıqlamasında ay ərzində daxil olmuş şikayətlərin araşdırılacağını, bundan sonra hansı rayonda yol polisi əməkdaşlarının daha çox qanun pozuntularına yol verdiklərini müəyyən edəcəklərini söylədi. Onun sözlərinə görə, əldə olunmuş nəticələr aidiyyəti üzrə dövlət qurumlarına göndəriləcək, həmçinin ictimaiyyətə və media mənsublarına açıqlanacaq.

Məlumat üçün qeyd edək ki, şikayətlər həm şifahi formada “Qaynar Xətt” xidmətinin 408-30-17 və 408-30-27 saylı telefonlarına zəng vurmaqla, həm də yazılı formada “Qaynar Xətt” xidmətinə ( Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev küçəsi 96, İş Mərkəzinin III mərtəbəsi) müraciət etmək yolu ilə qeydiyyata alınır.

“Qırxdan artıq müraciət olub”

Ş. Camalov deyir ki, “Qaynar Xətt” xidmətinə oktyabrın 1-dən indiyədək 40-dan artıq müraciət daxil olub: “Daxil olan müraciətlər hüquqşünaslarımız tərəfindən araşdırılır. Amma onu da qeyd edim ki, “Qaynar Xətt”ə təkcə zəng vurmaqla iş bitmir. Əgər vətəndaş müraciətinin tam şəkildə araşdırılmasını istəyirsə, göstərilən ünvana gəlib ərizə yazmalıdır. Təəssüf ki, bəzən vətəndaşlarımız buna tənbəllik edirlər. Məsələn, oktyabrın 1-dən indiyədək bizə 40-dan artıq müraciət daxil olub. Lakin həmin müraciəti edən vətəndaşlardan cəmi 8 nəfəri gəlib, dediklərini yazılı təsdiq edib, ərizə yazıb”.

Şahin müəllim “Qaynar Xətt” xidmətinin 2008-ci ildən fəaliyyətə başladığını və burada bütün sahələr üzrə müraciətlərin qəbul edildiyini söylədi. Onun sözlərinə görə, “Yol polisi” adı altında şərti aylıq keçirmələrinə səbəb isə “Qaynar Xətt”ə məhz yol polislərinin fəaliyyəti ilə bağlı şikayətlərin daha çox daxil olmasıdır: “Yol polisləri hər gün sadə insanlarla təmasda olurlar. Onların tətbiq etdikləri cərimələrlə razılaşanlar da var, razılaşmayanlar da. Xüsusilə də, bir müddət öncə cərimələrin məbləği artırılandan sonra şikayətlərin sayı xeyli çoxalıb. Biz də bütün bunları nəzərə alaraq, belə bir aylıq keçirmək qərarına gəldik. Amma bu o demək deyil ki, vətəndaşlar başqa sahələrlə bağlı şikayətlərini bizə bildirə bilməzlər. Bizim “Qaynar Xətt” bütün sahələr üzrə şikayətlərə açıqdır və daxil olan hər bir müraciət 4 nəfərdən ibarət hüquqşünas tərəfindən araşdırılır”.

“Zənglər pulsuzdur”

Müsahibimiz onu da bildirdi ki, Azərbaycanın bölgələrində yaşayanların onları narahat edən hüquq pozuntuları ilə bağlı müraciət etmələrini asanlaşdırmaq üçün ayrıca “Qaynar Xətt” fəaliyyət göstərir: “Azərbaycanın hansı rayonunda, hansı kəndində yaşamasından asılı olmayaraq, hər bir vətəndaş ev telefonlarından 088-408-30-17, 088-408-30-27 nömrəli telefonlara zəng vurmaqla üzləşdiyi, onu narahat edən hüquq pozuntusu ilə bağlı məlumat verə bilər. Zənglər pulsuzdur”.

Şahin Camalovdan onu da öyrəndik ki, hər bir hüquq pozuntusu ilə bağlı müraciət araşdırılır və tədbir görülməsi üçün müvafiq dövlət strukturuna yönəldilir: “Bəzən vətəndaşlarımız hüquqlarını bilmədikləri üçün elə bilirlər ki, filan məsələdə onların hüquqları tapdalanıb. Ancaq məsələnin qanuni tərəfini araşdıranda görürsən ki, o yanılır. Belə insanları başa salırıq, yol göstəririk. Yox, əgər vətəndaşın dediyi doğrudursa və qanun onun tərəfindədirsə, onda müraciət dövlət qurumuna yönləndirilir ki, tədbir görülsün. Məsələn, götürək elə yol polisləri ilə bağlı müraciətləri. Həmin işlərin hamısını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi araşdıracaq”. 

Dövlət qurumlarımızın İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt”inə daxil olan müraciətlərini araşdırmasına gəlincə, Ş. Camalov: “2008-ci ildə vəziyyət bir qədər fərqli idi, “Qaynar Xətt” xidməti yenicə fəaliyyətə başlamışdı və dövlət qurumları bizimlə əməkdaşlıq etmək istəmirdilər. Ancaq indi onlar bizimlə həm əməkdaşlıq edirlər, həm də hesablaşırlar”.

 
Sosial həyat  Digər başlıqlar
“Hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası” qəbul ediləcək
“Sovet avtomobilləri”nin taksi fəaliyyətinə qadağa Sürücülər: “Bəs ailəmizi necə dolandıracağıq?”
“Zərərli vərdişlər sağlamlıq üçün təhlükəlidir!”
“Azərikimya” əlaqələri genişləndirir
Qarabağ müharibəsinin Qaraca qızı 17 ildir veteran adı ala bilmir
Müəllimlərin işə qəbulu başa çatdı, əlavə müsabiqə olacaq
Ahıl pensiyaçılarımızın 9401 nəfərinin yaşı 90-dan yuxarıdır
Hərbi prokuror: “Fərarilik halları azalıb”
“Legioner futbolçular sosial sığortaya cəlb edilməyib”
“Mühafizəçi işləyənlərin çoxu alitəhsillidir”
Bərdə türbəsi nə vaxt bərpa olunacaq?
Bakıda piyadanı vurub qaçan sürücü kameranın sayəsində yaxalandı
“Ekologiya ili” hər il olmalıdır”
Qeyri-neft sektorunda artım, neft sektorunda isə azalma olub
“Halal zəhmətlə dolanmağı daha üstün tuturam”
Quldur
Olimpiya Stadionuna gediş-gəlişi asanlaşdıracaq tunel altızolaqlı olacaq
Bank müştərilərinin hüquqlarını tənzimləyəcək qanuna ehtiyac var
Sumqayıtın hərbi-idman oyununda yeni uğuru
Paltarrarımızı heyvannar Geyəjək
Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib
Xarici ticarətdə 4 milyard dollarlıq müsbət saldo yaranıb
“Əlil gənclərə qayğı” adlı layihə həyata keçirilib
Az tərpənin
Taksofonlarda internet də olacaq
Gürcüstanda SOCAR brendli 110-cu YDM açılıb
Şəkidə tibbi müayinələr zamanı şəkər, zob və s. xəstəliklər aşkar olunub
O da var
Malatya pazari
sonhomey

kiv1


qafqazarbic
sirab
elif
 
 
Hollister kl?der,,cheap Microsoft Office 2013 professional plus sale,Botas de futbol baratas nike,Hollister outlet espa?a,Cheap Sony Vegas Pro 9,Nike air max 90 baratas,hollister oslo,Buy Windows Server 2008 R2,Buy microsoft office 2010 pro plus,hollister tiendas online