|  
  |  
  |  
  |  
  |  
21 04, 2014
 
 
 
 
 
 

Azərbaycanda hansı mebel dəbdədir: klassik, yoxsa modern?

03 March 2011, Thursday / OSMAN KIRÇİÇEK,
Write Comment 0 Add to Google
Türkiyədə bu proses mebel sektorunda, ABŞ-da isə, ilk növbədə, birjalarda özünü büruzə verir”. İqtisadçı-ekspert Zahid Məmmədov bu sözləri hələ bir neçə il öncə jurnalistlərə açıqlamasında söyləmişdi. Onda Azərbaycanda nə mebel sektoru inkişaf etmişdi, nə də mebel bazarında bu səviyyədə aktivlik vardı
 

“Hər bir ölkədə iqtisadiyyatın indikatorları var. Rusiyada hər hansı dəyişiklik baş verəndə, bu, ilk növbədə, spirtli içkilərin qiymətinə təsir edir. Türkiyədə bu proses mebel sektorunda, ABŞ-da isə, ilk növbədə, birjalarda özünü büruzə verir”. İqtisadçı-ekspert Zahid Məmmədov bu sözləri hələ bir neçə il öncə jurnalistlərə açıqlamasında söyləmişdi. Onda Azərbaycanda nə mebel sektoru inkişaf etmişdi, nə də mebel bazarında bu səviyyədə aktivlik vardı. Amma indi vəziyyət bir qədər fərqlidir. Hər halda bu sektorda fəaliyyət göstərən yerli və xarici iş adamları bu fikirdədirlər...

Azərbaycanda mebel bazarı genişləndikcə, inkişaf etdikcə yerli istehsalla yanaşı, xaricdən ölkəmizə gətirilən mebel çeşidlərinin də sayı artır. Qeyri-rəsmi məlumatlara görə, hazırda respublikamıza 10-a yaxın ölkədən müxtəlif növ mebel gətirilir. Ölkəyə gətirilən mebel çeşidlərinin sayı artdıqca insanların seçim imkanı da genişlənir. Bəs indi ölkəmizdə hansı növ mebellər üstünlük təşkil edir?

Mövzu ilə bağlı suallarımızı ilk olaraq, “Kral mebel” şirkətinin direktoru Murat Eroğlu cavablandırdı. Məlumat üçün qeyd edək ki, Murat bəy 21 yaşından mebel sektorunda çalışır. 1997-ci ildə Azərbaycana gəlib. İstər dünyada, istərsə də regionda bu sahəyə aid yenilikləri diqqət məkəzində saxladıqlarını bildirən müsahibimiz: “Biz daha kübar, daha dəbdəbəli mebellər satırıq, orta və varlı təbəqədən olan müştərilər üçün çalışırıq”,-dedi. Müştərilərini konkret qruplaşdırmaq istəmədiyini deyən həmsöhbətimiz mebel seçiminin insanların zövqünə görə dəyişdiyini vurğuladı. Onun sözlərinə görə, klassik evdə modern, böyük evdə kiçik mebel olmaz. Bəlli standartlar var ki, əməl etmək şərtdir: “Mebel mənzilin oboylarına (divar kağızlarına-red.), tavanına, xalılarına da uyğun olmalıdır”.

“Evə mebel seçərkən

xanımların zövqlərini nəzərə alın”

“Evində xoşbəxt olmayan, rahat olmayan adamın daxilində də rahatlıq olmaz”,- deyən müsahibimiz onu da sözlərinə əlavə edir ki, bu, müasir dünyamızın bir gerçəyidir: “Bütün türk dövlətlərində qonaq baş tacı hesab olunur. Qonağı ailəmizlə, uşağımızla birgə qarşılayırıq. Əgər bir insan evindən gülərüzlə, sevinclə, könül rahatlığı ilə çıxırsa, işində də uğur qazanır”.

“Bütün bacarıqlı insanların arxasında mütləq bir ağıllı qadın var. Evin sahibi də məhz həmin qadındır. Əgər qadın evində rahatdırsa, kişi də rahat olur. İşdən evə getdiyimiz zaman rahatlıq tapmalıyıq. Bu mənada mən kişilərə məsləhət görərdim ki, evə mebel seçərkən xanımların zövqlərini, istəklərini nəzərə alsınlar. Əslində seçimi qadınların öhdəsinə buraxmaq daha doğru olardı. Necə ki, bizim iş ofisimizə qadın müdaxilə etmir, eləcə də evdə mebel işini qadınlara etibar etməliyik. Mebel bahalı ola bilər, ancaq biz onları zövqlə evimizə yerləşdirə bilmiriksə, nəyi, hara və necə qoyacağımızı bilmiriksə, onda əhəmiyyəti olmur. Qadınlar bu işdə çox zövqlüdürlər”,-deyə qeyd etdi.

“Toy varsa, mebelin alıcısı da var”

“Doğtaş Mobilya” şirkətinin nümayəndəsi Sinan Kartal isə qəzetimizə açıqlamasında dedi ki, son iki ilədək Azərbaycanda əsasən klassik mebellər dəbdə olsa da, indi modern mebellərə daha çox üstünlük verilir. Sinan Kartalın sözlərinə görə, mebel alarkən gənclərin 10, orta yaşlıların isə 40 faizi klassik mebeli seçir: “Digərləri isə açıq rəngli, modern, necə deyərlər, canlı mebellərə üstünlük verirlər”. Həmsöhbətimizin sözlərinə görə, maliyyə böhranı son illər mebel bazarına da mənfi təsir göstərib. Amma buna baxmayaraq, o hesab edir ki, alıcı aktivliyi əsasən mövsümlə bağlıdır: “Azərbaycanda hansı aylarda toylar daha çox olursa, mebel bazarı da o mövsümdə canlanır. Toy varsa, mebel alıcısı da var. Mövsümdən asılı olaraq, bəzən gün ərzində 2-3 növ mebel satırıq. Amma elə vaxt da olur ki, həftədə bir alıcımız olur”.

“Mebel işi həm də bir mədəniyyətdir”

“Home Life” mebel satış mərkəzinin rəhbəri Bayram Ulu isə bizimlə söhbətində əhalinin əsasən avanqard və modern mebellərə üstünlük verdiyini söylədi. Bayram Ulunun sözlərinə görə, Azərbaycanda digər sahələr kimi, mebel sektoru da sürətlə inkişaf edir: “Mebel işi həm də bir mədəniyyətdir. Mənim qənaətim budur ki, mebel sektorunda çalışanlar işlərini nə qədər zövqlə görsələr, bir o qədər çox pul qazana bilərlər. Biz də bu prinsipə əsaslanıb müştərilərimizi razı salmağa çalışırıq”.

 
Sosial həyat  Digər başlıqlar
“Yaxın beş ildə 6 mindən artıq məcburi köçkün ailəsinə ev veriləcək”
NDU-da tələbələrə qayğı artırılır
Sumqayıtda vergi daxilolmaları proqnozu üstələyib
Xocalıya qaçqın gələn, Xocalıdan qaçqın düşən Adilə ana:“Anam və iki bacım 4 övladı ilə o gecə ermənilərə əsir düşdü”
İSİM: “Korrupsiyaya qarşı mübarizə aparırıqsa, əməkhaqları artırılmalıdır”
Astaranın turizm mərkəzinə çevriləcəyi gün uzaqda deyil
“Dəyərsiz şeylərə pul tökən varlılar sənətə gələndə simiclik edirlər”
“Cərrahiyyə son çarədir”
Bu il Şəkidə 3 yeni turizm obyekti istifadəyə veriləcək
İmkanlardan daha sərfəli istifadə olunmalıdır
Bu dəfə marşrut sürücüləri narazılıq edirlər: “Avtobusu ancaq dayanacaqda saxlasaq, planı ödəyə bilmərik”
Kimin pensiyası nə qədər artacaq?
Ümummilli lider Heydər Əliyev dünya elm adamları tərəfindən II dəfə anıldı
Mənzillərin qiyməti sürətlə bahalanır
“Ağstafada böyük işlər görülüb və bu işlər davam etdiriləcək”
Eynşteynin sürücüsü
“Dünyada mədəni irsin qorunmasına Heydər Əliyev Fondu diqqətlə yanaşır”
Son 3 ayda 49,9 min vergi ödəyicisinin borcları ləğv edilib
“Qərb Regional Gənc Təlimçilər Akademiyası” layihəsi başa çatıb
İnsannıx ölüf, ona ağlıyıram...
“Azərbaycanın öz ərazisindən İrana 44 metr verməsi haqda xəbərlər əsassızdır”
Avtomobil benzininin istehsalı azalıb
Qəbələdə keçiriləcək beynəlxalq velosiped turuna müxtəlif ölkələrdən 25 komanda qatılacaq
Quldur
Badamdardakı “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq
“Mobil danışıq tarifləri aşağı salınmalıdır”
Ağstafada Xalq xazıçısı İsa Muğanna anıldı
Paltarrarımızı heyvannar Geyəjək
Malatya pazari

kiv1

Yazarlar
Qvami Məhəbbətoğlu Qvami Məhəbbətoğlu
Məbər istehsalçıları
Mahir Həmidov Mahir Həmidov
“Ayinəsi işdir kişinin...”
Tərs Məmməd Tərs Məmməd
Bu boyda yalan olar?
Loğman Loğman
Dönmək, qayıtmaq istədiklərim...
Anar Qaraxançallı Anar Qaraxançallı
AKP-nin türk siyasəti
Süleyman Ünal Süleyman Ünal
Yalan xəbərlər
sirab
elif
 
 
Hollister kl?der,,cheap Microsoft Office 2013 professional plus sale,Botas de futbol baratas nike,Hollister outlet espa?a,Cheap Sony Vegas Pro 9,Nike air max 90 baratas,hollister oslo,Buy Windows Server 2008 R2,Buy microsoft office 2010 pro plus,hollister tiendas online