|  
  |  
  |  
  |  
  |  
19 04, 2014
 
 
 
 
 
 

15 iyun - Milli Qurtuluş Günüdür

15 June 2011, Wednesday / ƏZİZ MUSTAFA BAKI,
Write Comment 0 Add to Google
1993-cü ildə Azərbaycan olum və ya ölüm dilemması qarşısında qalmışdı. Həmin dövrdə Azərbaycan torpaqlarının işğalını addım-addım həyata keçirən ermənilər və üsyan qaldıran daxili qüvvələrlə üz-üzə qalmışdı.
 

Azərbaycan xalqı öz tarixində dəfələrlə keşməkeşli günlər yaşayıb. Bu baxımdan 1993-cü ildə Azərbaycan olum və ya ölüm dilemması qarşısında qalmışdı. Həmin dövrdə müstəqilliyini əldə edən gənc respublikamız Azərbaycan torpaqlarının işğalını addım-addım həyata keçirən erməni işğalçı gücləri və müstəqilliyimizi həzm edə bilməyərək üsyan qaldıran daxili qüvvələrlə üz-üzə qalmışdı. Faktiki olaraq Azərbaycanın başı üzərini qara buludlar almış, müstəqilliyimizin hər an itirilməsi təhlükəsi yaranmışdı. 1993-cü ilin iyun ayının 4-də Gəncədə polkovnik Surət Hüseynov hakimiyyətdə olan güclərə qarşı üsyan qaldırmışdı. Surət Hüseynov Prezidentin, Milli Məclis sədrinin və digərlərinin istefasını tələb edir və əks halda Bakı üzərinə yürüşlə hədələyirdi. Belə bir vəziyyətdə hakimiyyət daxilində baş verən mənasız çəkişmələr də ölkəni xaosa sürükləməkdə idi. Ölkəni idarə edənlərin bəziləri qiyamçı polkovnikə qarşı sərt addımların atılmasını tələb edirdilər. Bəziləri isə bunun əleyhinə gedərək qardaş qırğınına qarşı çıxırdılar. Nəticədə ölkə idarəedilməz vəziyyətə gəlmişdi. Bundan istifadə edərək ermənilər cəbhəboyu hücuma başlamışdılar. Necə deyərlər, Azərbaycanın taleyi bir tükdən asılı idi. Buna paralel olaraq ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyilləri baş qaldırmış, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması fikri yaranmışdı. Qardaş qırğınına yol verməmək məqsədi ilə hökumət Surət Hüseynovun yanına nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndə heyəti qiyamçılar tərəfindən girov götürüldü və daxildə vəziyyət daha da gərginləşdi.

Artıq vətəndaş müharibəsinin ilk işartıları vardı. Surət Hüseynovun qiyamçı dəstələri ilə toqquşmalarda ilk ölənlər və yaralananlar  olmuşdu. Belə bir vəziyyətdə hakimiyyətdə olan güclər qardaş qırğınına yol verməmək məqsədi və xalqın tələbi ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdilər. Heydər Əliyev Bakıya qayıdandan sonra parlamentdəki ilk çıxışında vəziyyətin təhlükəli olduğunu söylədi. O, vəziyyəti sabitləşdirmək məqsədi ilə Gəncəyə səfər etdi və qiyamçı polkovniklə görüşərək onu Bakı üzərinə yürüş etməkdən və qardaş qanı tökməkdən çəkindirə bildi. Lakin Surət Hüseynov hakimiyyətdə olan güclərin istefasını tələb edirdi. Vəziyyətin çıxılmaz olduğunu görən İsa Qəmbər parlamentin sədri vəzifəsindən istefa verməyə məcbur oldu. Sentyabrın 15-də Heydər Əliyev parlamentin iclasında Milli Məclisin sədri seçildi. Bu da Azərbaycanın qurtuluşu yolunda atılan ən uğurlu addımlardan oldu. Bunun ardınca Prezident Əbülfəz Elçibəy də Bakını tərk edərək Kələkiyə doğma kəndinə getdi. Heydər Əliyev parlamentin sədri seçiləndən sonra qısa müddətdə Azərbyacanın təhlükəsizliyini təmin edən addımlar atdı və beləliklə, ölkəmiz müstəqillik yolunda inamla addımlamağa başladı.

Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun Milli Qurtuluş günü elan edildi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

 
Gündəm  Digər başlıqlar
Azərbaycan Qəbələ RLS-lə bağlı yeni şərtlər irəli sürüb
Təhsil Nazirliyi daha çox hansı fənlər üzrə müəllimlərə ehtiyac olduğunu dəqiqləşdirib
Türkiyədəki səfirliyimizdə azərbaycanlı məzunlarla görüş keçirilib
“Partiyaların büdcədən maliyyələşməsində parlament seçkilərinin nəticələrinin əsas götürülməsini təklif edirik”
“The New York Times” qəzeti Kazan görüşünü ən yaxşı fürsət sayır
“Aland modeli Qarabağ münaqişəsinin həllində eynilə tətbiq olunmamalıdır”
“Nizamini farslaşdırma cəhdləri absurddur”
Yol polisi piyadalara qarşı reydlərə başladı
Qasırğanın fəsadları aradan qaldırılır
“Diffamasiya haqqında” qanun bu il qəbul oluna bilər”
Ərzurumda Abbas Zamanov günü
Prezident İlham Əliyev Baş nazir Ərdoğanı təbrik edib
Ümummilli lider Heydər Əliyev dünya elm adamları tərəfindən II dəfə anıldı
Mənzillərin qiyməti sürətlə bahalanır
“Ağstafada böyük işlər görülüb və bu işlər davam etdiriləcək”
Eynşteynin sürücüsü
“Dünyada mədəni irsin qorunmasına Heydər Əliyev Fondu diqqətlə yanaşır”
Son 3 ayda 49,9 min vergi ödəyicisinin borcları ləğv edilib
“Qərb Regional Gənc Təlimçilər Akademiyası” layihəsi başa çatıb
İnsannıx ölüf, ona ağlıyıram...
“Azərbaycanın öz ərazisindən İrana 44 metr verməsi haqda xəbərlər əsassızdır”
Avtomobil benzininin istehsalı azalıb
Qəbələdə keçiriləcək beynəlxalq velosiped turuna müxtəlif ölkələrdən 25 komanda qatılacaq
Quldur
Badamdardakı “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq
“Mobil danışıq tarifləri aşağı salınmalıdır”
Ağstafada Xalq xazıçısı İsa Muğanna anıldı
Paltarrarımızı heyvannar Geyəjək
Malatya pazari

kiv1

Yazarlar
Qvami Məhəbbətoğlu Qvami Məhəbbətoğlu
Məbər istehsalçıları
Mahir Həmidov Mahir Həmidov
“Ayinəsi işdir kişinin...”
Tərs Məmməd Tərs Məmməd
Bu boyda yalan olar?
Loğman Loğman
Dönmək, qayıtmaq istədiklərim...
Anar Qaraxançallı Anar Qaraxançallı
AKP-nin türk siyasəti
Süleyman Ünal Süleyman Ünal
Yalan xəbərlər
sirab
elif
 
 
Hollister kl?der,,cheap Microsoft Office 2013 professional plus sale,Botas de futbol baratas nike,Hollister outlet espa?a,Cheap Sony Vegas Pro 9,Nike air max 90 baratas,hollister oslo,Buy Windows Server 2008 R2,Buy microsoft office 2010 pro plus,hollister tiendas online