|  
  |  
  |  
  |  
  |  
23 04, 2014
 
 
 
 
 
 

TPR - xarici dilin mənimsənilməsində effektli metod

03 November 2011, Thursday / ,
Write Comment 0 Add to Google
TPR (Total Physical Response) - Tam Fiziki Cavab xarici dillərin tədrisində bir yanaşma metodudur. Bu metod amerikalı alim doktor Ceyms C. Aşer tərəfindən hazırlanıb. 
 

TPR uşaqların öz ana dilləri kimi xarici dillərin də dərindən mənimsənilməsində ən yaxşı metoddur. Hamıya məlumdur ki, uşaqlar dil açanda valideynləri onlarla söhbətlərində “bədən dili”ndən, yəni jest, mimika və hərəkətlərdən daha çox istifadə edirlər. Valideynlərin bu dilinə uşaqlar da müəyyən fiziki reaksiyalar verirlər. Məsələn, valideyn deyir ki, “anaya bax”, “topu mənə ver”. Uşaqlar valideynin dediyi istiqamətə baxmağa, yaxud topu ona uzatmağa və yaxud ona tərəf atmağa çalışır. Bu cür söhbətlər uşaq danışmağa başlayana qədər, bir neçə ay davam edə bilər. Bir sözlə, uşaq valideynlərinin dediklərini bütöv səslər və ifadələrlə birlikdə qəbul edir. Sonradan uşaq dil şifrəsini kifayət qədər açdıqda o, dili özbaşına reproduksiya edir. Bu effekti sinif otağında əks etdirmək üçün TPR-dən istifadə edilir.

TPR-dən sinifdə necə istifadə edirəm?

Təbii ki, sinifdə müəllim həm də valideyn rolunu oynayır. Mən uşaqlara söz (“jump- tullan”), cümlə (“look at the blackboard - lövhəyə bax”) söyləyəndə dediklərimə uyğun hərəkət də nümayiş etdirirəm. Sonra mənim göstərişimlə dediklərimi və hərəkətlərimi uşaqlar yerinə yetirirlər. Mən həmin sözləri dəfələrlə söyləməklə, eyni zamanda hərəkətləri icra etməklə bunları onların yaddaşlarında möhkəmləndirməyə çalışıram. Uşaqlar sözləri və ifadələri öyrənib, özlərinə əmin olduqdan sonra bir-birinə bu sözlərlə müraciət etmələrini onlara tövsiyə edirəm. Daha sonra sinfə müraciət edirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, uşaqlar müəllimin ətrafında dairəvi şəkildə dayananda və müəllim onlara bu hərəkətləri icra edərkən onları da buna həvəsləndirəndə bu metod daha effektiv olur.

Adətən, ingilis dili müəllimləri yeni sözləri və ifadələri öyrədərkən, həmin sözləri və ya ifadələri şagirdlər üçün yalnız tərcümə edirlər. Bəzən də müvafiq sözlərin şəkillərini göstərirlər. Ancaq həmin sözlər şagirdlərin yaddaşında qısa müddət qalır. Mən dərslərimdə yeni sözləri hərəkətlər vasitəsilə tədris etməyə çalışıram. Hərəkətləri göstərməklə öyrədilən sözlər uşaqların hafizəsində daha yaxşı qalır. Belə ki, mən sözü ingilis dilində deyəndə (“stand up”, yəni “dur ayağa”) şagird öz hərəkəti ilə cavab verir və ya əksinə, mən hərəkəti göstərirəm (məsəşən, yerimdə qaçıram), uşaqlar bir ağızdan “run” (yəni “qaç”) deyirlər.

TPR-dən daha nə vaxt istifadə oluna bilər?

TPR-dən çox söz və cümlələri öyrətmək üçün istifadə oluna bilər. Yəni lüğətdəki sözlərin əksəriyyətini, xüsusilə hərəkətlərlə bağlı sözləri (gülmək, ağlamaq), felin zamanları ilə bağlı ifadələri (məsələn, “hər səhər mən dişlərimi təmizləyirəm”, “su içdim”, “yeməyimi yeyəcəyəm”), əmr cümlələrini (“ayağa qalxın”, “gözlərinizi yumun”), həmçinin sinifdə ən çox istifadə olunan söz və cümlələri (məsələn, “kitablarınızı açın”) bu metodla şagirdlərə aşılamaq olar. Bu metod hekayə söyləyərkən də effektlidir. Onu da bildirim ki, TPR müxtəlif cür təlim situasiyalarına da uyğunlaşdırıla bilər. Bu isə, hər şeydən əvvəl, müəllimin təxəyyülündən asılıdır.

Nə üçün məhz TPR?

Bu metoddan istifadəyə üstünlük verməyimdə bir sıra özəlliklər var. Əvvəla, bu metod əyləncəli olduğuna görə uşaqlar ondan xüsusi zövq alırlar. Həm də bu metod sinifdə uşaqların əhvali-ruhiyyəsini qaldırır. Digər tərəfdən, bu metodla dərs dedikdə uşaqlar sözləri və cümlələri yaxşı qavrayırlar. Bu metod sinifdə aktivliyi artırır. Onu da qeyd edim ki, bu metod həm də çoxlu sayda hazırlıq materialları tələb etmir. TPR-dən böyük və ya kiçik siniflərdə istifadə edilə bilər. Hətta gənclərə də xarici dilin öyrədilməsində tətbiq oluna bilər.

TPR və oyunlar

Bu metodun tədrisində maraqlı məqamlar çoxdur. Mən xarici dil dərsini tədris edərkən bu metoda əsaslanaraq, ilk növbədə, şagirdləri müəyyən bir hərəkəti (məsələn: “touch your nose”- “burnunuza toxunun”) icra etməyə məcbur edirəm. Sonra onu xorla və ya fərdi şəkildə dəfələrlə təkrar etdirirəm. Üstəlik, müxtəlif oyunlar da təşkil edirəm. Məsələn, “Simon says...”, yəni “Saymon deyir ki...” belə oyunlardandır. Bu oyunun qaydası belədir: mən cümlənin “Simon says...” hissəsini deyirəm və əlavə edirəm: “Touch your nose”, yəni burnuna toxun. Uşaqlar bu sözlərdən sonra burunlarına toxunurlar. “Simon says...” ifadəsini söyləmədikdə isə uşaqlar hərəkəti icra etmirlər. Əgər səhv edib kimsə əlini burnuna aparsa, həmin uşaq oyundan kənarlaşdırılır. Bu oyun həmçinin şagirdlərdə qulaqasma bacarıqlarının kamilləşməsində və daha diqqətli olmalarında da yardımçı olur. Bu isə o deməkdir ki, bu metod həm də bir tərbiyə üsuludur.

Ofeliya Qafarova

Ərəstun Mahmudov adına 220 saylı

Məktəb-Liseyin ingilis dili müəllimi

 
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədəki boşluqlar açıqlanıb
KADR ÇATIŞMAZLIĞI: minlərlə vakant iş yeri minlərlə işsiz insan
Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib
Eynşteynin sürücüsü
Qafqaz Universitetində Tofiq Hacıyevin kitabının təqdimatı keçirilib
“Yeraltı avtomobil parklarındakı qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil”
Gəncədə şahmat turniri keçirilir
İnsannıx ölüf, ona ağlıyıram...
”Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi Türkiyədə tələbələr üçün tədbir təşkil edib
Pərakəndə əmtəə dövriyyəsi artıb
İcra başçısı: “Ağstafanın əhalisi müharibənin dəhşətlərini yaşayır”
Quldur
“Ana ölümlərinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsi zəruridir”
Bakıda MDB Elektroenergetikası Şurasının iclası keçiriləcək
Mingəçevirdə avarçəkmə üzrə qaliblər məlum oldu
Paltarrarımızı heyvannar Geyəjək
Malatya pazari

kiv1

sirab
elif
 
 
Hollister Sverige,cheap Microsoft Office 2013,Botas de futbol baratas,Hollister outlet,Cheap Sony Vegas Pro 8,Nike Air Max baratas,Hollister Norge,Buy microsoft office 2010,Hollister outlet espa?a,cheap Windows 7 Professional/SP1,Goedkoop Nike air max,Nike Mercurial Vapor pas cher