|  
  |  
  |  
  |  
  |  
18 04, 2014
 
 
 
 
 
 

Salman Mümtaz - məşhur türkoloq və ədəbiyyatşünas alim (3)

03 May 2012, Thursday / ,
Write Comment 0 Add to Google
1937-ci il, oktyabr ayının 8-də axşam saat 11-də Salman Mümtazı yaşadığı evdə, Buynakski-25-də (indiki Şeyx Şamil küçəsi) həbs etdilər. Guya o, SSRİ-nin əleyhinə siyasi fəaliyyətlə məşğul olurmuş... Bundan 4 il sonra, 1941-ci il dekabr ayının 21-də isə bu böyük insan bolşevik rejimi tərəfindən güllələndi. Yalnız 1956-cı il noyabr ayının 16-da  SSRI Ali Məhkəməsi tərəfindən ona bəraət verildi.  
 

Salman Mümtazın özünü həddindən artıq türkçü aparması və bu sahədə fəaliyyətini get-gedə genişləndirməsi bolşevik rejimi tərəfindən təşvişlə qarşılanmaqda idi. Ona görə də Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən sonra Salman Mümtaz və digər vətənpərvərlərin hər addımı xüsusi xidmət orqanları tərəfindən izlənilirdi. Bolşeviklər türk birliyindən qorxaraq türkçülük adından çıxış edən, bu sahədə fəaliyyət göstərən adamları məhv etmək üçün bəhanə və fürsət axtarırdılar. Lakin ilk dövrlərdə onlar bunu açıq büruzə vermirdilər. Ona görə də bir müddət türkçülüyün təbliği ilə məşğul olanlara meydan vermişdilər. Yeri gəlmişkən, onu da xatırladaq ki, bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyəti dövründə milli ruhda köklənən bütün ziyalıları hədəfə götürmüşdülər. Xüsusilə, müxtəlif mətbu orqanlarında çalışan yazarlar, o cümlədən Cəfər Cabbarlı tərəfindən 1919-cu ildə  yaradılan və Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad kimi tanınmış simaların daxil olduqlrı ”Yaşıl yarpaqlar” adlı qurum da xüsusi xidmət orqanlarının qara siyahısında idi. Onlar, ilk növbədə, məhv edilərək rejimə düşmən, antisovet güclər adı altında həbsxanalara atılmalı və uzunmüddətli həbs cəzalarına məhkum edilməli idilər. Salman Mümtazın gecə-gündüz çalışması, Azərbaycan, həm də imperiya əsarəti altında çırpınan türk toplumlarına aid qədim əlyazmalarını toplaması, onları mədəni sahədə bir araya gətirmək və bununla da gələcəkdə qurulacaq türk birliyinə körpü salmaq istəməsini türk-islam dünyasına düşmən olan bolşeviklər həzm edə bilmirdilər. Necə deyərlər, Lenin tərəfindən SSRİ adı altında yenidən xortladılan və xalqlar həbsxanasına çevrilən imperiya azlıqda olan millətlərə, xüsusilə onların ziyalılarına qarşı daha amansız siyasət yeridirdi. Əgər çar azlıqda olan xalqların milli mənəvi, mədəni dəyərlərinə münasibətdə onlara müəyyən qədər sərbəstlik vermişdisə və onların assimilyasiyası məsələsində çox yumşaq hərəkət edirdisə, bolşeviklər bu məsələdə daha qəddarcasına davranırdılar. Onlar üçün milli mənəvi dəyərlərdən danışan və bu sahədə fəaliyyət göstərən bütün qeyri-rus ziyalılar rejimin düşməni idilər. Qeyd etdiyimiz kimi, rejim əsarət altında saxladığı türk birliyindən çox qorxurdu. Ona görə də Stalin tərəfindən, ilk növbədə, azlıqda olan millətlərin, xüsusilə müsəlmanların düşünən beyinlərinin məhvi planı hazırlanmışdı. Bu plan ötən əsrin 30-cu illərində tədricən həyata keçirildi. Yenə də Bəkir Çobanzadə kimi Salman Mümtazın da hədəfə alınmasının səbəbi onun türk dünyasının milli mənəvi dəyərlərinə sadiq qalması, alovlu türkçü olması idi.

Salman Mümtaz xüsusi xidmət orqanları tərəfindən izləndiyini hələ ötən əsrin 20-ci illərinin əvvəllərində bilir və bu yolun sonunun həbsxanalarda başa çatacağını anlayırdı. Amma mənsub olduğu millətinə xidmət etmək, onun yenidən oyanışına azacıq da olsa payını vermək, gənc nəsli köləliyə qarşı mübarizəyə hazırlamaq ehtirası, həvəsi onda olduqca güclü idi. Ona görə də tez-tez: “Nə qədər ki, əcəl gəlməyib, xalqın yaddaşındakıları ağ kağızlara köçürmək, onun folklorunu, qədim əlyazmalarını səhifə-səhifə, yarpaq-yarpaq toplamaq son məqsədimdir, bundan mənim millətimə, vətənimə, türk dünyasına azacıq da olsa xeyir dəysə, onda özümü dünyanın  xoşbəxti hesab edəcək, qəbirdə rahat uyuya biləcəyəm”,-deyirdi.

Salman Mümtaz çoxlarının gözləmədiyi halda böyük dramaturq Mürzə Fətəli Axundov tərəfindən qələmə alınmış “Puşkinin ölümünə Şərq poeması”nın əylazmasını tapdı. Bu əlyazma dərhal həm Azərbaycan, həm də ittifaq səviyyəsində güclü əks-səda doğurdu. Çünki bolşeviklər Puşkinin adından siyasi məqsədlər və xalqlar arasında özlərinə rəğbət qazanmaq üçün istifadə edirdilər. Digər tərəfdən,  “Puşkinin ölümünə Şərq poeması” qeyri-rus yazar tərəfindən qələmə alınan ilk əsər idi və onda çar rejiminə qarşı pərdəarxası nifrət kifayət qədər güclü idi. Bu poemanın tapılmasından sonra DTK (KQB)  Salman Mümtazın həbs edilməsi və sürgünə göndərilməsi məsələsini bir qədər yubatmalı oldu.

Həbs və güllələnmə təhlükəsi Salmanı qarabaqara izləməkdə idi. Həmin dövrdə Azərbaycan Xalq Daxili İşlər Komissarlığında rəhbər vəzifələrdə işləyən ermənilər bolşeviklərlə əl-ələ verərək, Azərbaycanın tanınmış ziyalılarına qarşı əsl soyqırımı siyasəti həyata keçirirdilər. Xatırladaq ki, həmin dövrdə Azərbaycanın 31 rayonunda daxili işlər şöbələrinə ermənilər rəhbərlik edirdilər. Onlar Salman Mümtaz barədə müxtəlif saxta ittihamlar hazırlayaraq, onun həbsinə və güllələnməsinə nail olmaq istəyirdilər.

Nəhayət, 1937-ci ilin iyun ayının 19-da  bolşevik rejimi Salman Mümtazla haqq-hesabı çürütmək qərarına gəldi. Əvvəlcə, bu böyük insana pantürkist damğası vuraraq, onu Türkiyəyə işləməkdə günahlandırdılar. Sonra isə Salman Mümtazı SSRI Elmlər Akademiyasının Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən azad etdilər. Amma işdən çıxarılmasına baxmayaraq, o, yenə də xalqımızın qədim əlyazmalarını və folklorunu toplamaqda davam edirdi. Türkoloq-alim bu əlyazmalardan ibarət evində xüsusi kitabxana yaratmışdı. Onun yeganə təsəllisi bu kitabxanadan gələcəkdə millətinin yararlanması idi. Salman Mümtaz gələcək nəsillərin onu xoş xatirələrlə anacağını öncədən hiss etmişdi və ona görə də ən ağır vəziyyətində belə nikbinliyini qoruyub saxlayırdı. 

İşdən çıxarılandan təxminən 3 ay yarım sonra, 1937-ci il, oktyabr ayının 8-də axşam saat 11-də Salman Mümtazı yaşadığı evdə, Buynakski-25-də (indiki Şeyx Şamil küçəsi) həbs etdilər. Guya o, SSRİ-nin əleyhinə siyasi fəaliyyətlə məşğul olurmuş... Bundan 4 il sonra, 1941-ci il dekabr ayının 21-də isə bu böyük insan bolşevik rejimi tərəfindən güllələndi. Yalnız 1956-cı il noyabr ayının 16-da  SSRI Ali Məhkəməsi tərəfindən ona bəraət verildi.

 Əslində bütün imperiyalar timsah kimi hərəkət edirlər. Onlar, əvvəlcə, “ov”unu öldürür, sonra isə onun üçün göz yaşları tökürlər...

Salman Mümtaz həbs ediləndə evindən bir maşın yükü -  əlyazmalarını müsadirə edərək yandırdılar və təəssüflər olsun ki, onun topladığı folklor nümunələrindən və nadir əlyazmalarından çox az miqdarı günümüzə qədər gəlib çatıb.

Onu da deyək ki, ölümündən 55 il sonra 1996-cı il, sentyabr ayının 17-də Azərbaycan  Prezidenti Heydər Əliyevin sərəncamı ilə Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adı verildi. Bununla da, nəhayət ki, bu böyük insanın, türk dünyası aşiqinin göstərdiyi əvəzsiz xidmətlər öz layiqli qiymətini almış oldu. Salman Mümtazın özündən sonra bizlərə yadigarı - iki övladı qaldı. Onun soyunu Nuxun adlı nəvəsi davam etdirir.

Salman Mümtazın adına  həmçinin arxivdə 162 saylı şəxsi fond var.

S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru

Marif Teymur: “XX yüzillikdə ədəbiyyatımızın tarixini yarpaq-yarpaq toplayıb bizə çatdıranlardan biri də məhz Salman Mümtaz olub. Salman Mümtaz Azərbaycan ədəbiyyatı tarixinə, mədəniyyətinə, incəsənətinə böyük bir sevgi və məsuliyyətlə yanaşan şəxsiyyət olub”,-deyir.

Marif Teymur 1999-cu ildə Türkiyədə olarkən xaricdəki istiqlal mücahidlərimizdən olan Məhəmməd Kəngərli ilə görüşüb. Söhbət zamanı Salman Mümtazı xatırlayıblar. Bu zaman dərindən köks ötürən Məhəmməd Kəngərli: “Heyif Salman Mümtazdan. O, çox gözəl, əvəzsiz yaradıcı folklor toplayıcısı idi. Heç bir mənbəni təhrif etməzdi.Salman Mümtaz həqiqi ədəbiyyat aşiqi idi”,-deyib.

Marif Teymur Salman Mümtazın qardaş Türkiyədə çox sevildiyini  xüsusi vurğulayır. O deyir:

 “1999-cu ildə YUNESKO-nun xətti ilə Ankarada, İstanbulda olanda milli kitabxana və arxivlərdə Salman Mümtazın adının hörmətlə çəkildiyini gördük. Onu da deyim ki, türk dünyasında Salman Mümtazı və Almas İldırımı çox gözəl tanıyırlar. Elaziğ, Frakya universitetlərində Salman Mümtaz deyən kimi, dərhal “Aaa… o toplayıcı?” - deyə soruşurlar”.

Bu gün Salman Mümtaz  türk dünyasını sevən hər bir insanın qəlbində yaşayır və bu böyük ədəbiyyatçı alim canından artıq sevdiyi türk dünyası ilə birlikdə inamla gələcəyə doğru addımlayır. Son

 

 İstifadə olunan ədəbiyyat

 

Salman Mümtaz - Vikipediya.

Böyük ədəbiyyatşünas alim Salman Mümtaz, “Azadlıq” qəzeti, 5 iyun 2011.

Südabə Sərvi, El adamı-Salman Mümtaz - KQB-nin izlədiyi adam…”El” jurnalı aprel 2012.

Günaztv. İyun. 29.2011-ci il “Biz kimik?” Salman Mümtaz, həyat və yaradıcılığı.

 
Malatya pazari

kiv1

Yazarlar
sirab
elif
 
 
Hollister kl?der,,cheap Microsoft Office 2013 professional plus sale,Botas de futbol baratas nike,Hollister outlet espa?a,Cheap Sony Vegas Pro 9,Nike air max 90 baratas,hollister oslo,Buy Windows Server 2008 R2,Buy microsoft office 2010 pro plus,hollister tiendas online