|  
  |  
  |  
  |  
  |  
24 04, 2014
 
 
 
 
 
 

Nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və flora növlərinin mühafizəsi strateji önəm daşıyır

21 June 2012, Thursday / ƏZİZ MUSTAFA,
Write Comment 0 Add to Google
Azərbaycan yüz illər boyu dünyada yeraltı və yerüstü təbii sərvətləri, o cümlədən zəngin fauna və florası ilə tanınıb. Ona görə də respublikamız biomüxtəliflik baxımından dünyada zəngin fauna və floraya malik ölkələrdən biri hesab edilir.
 

 Bioloji müxtəliflik yaşayış mühitində - suda, quruda və digər ekoloji komplekslərdə mövcud olan canlı orqanizmləri özündə birləşdirir. Yəni bioloji müxtəliflik yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların çoxçeşidliliyi deməkdir. Amma XX əsrin ortalarından başlayaraq, insanların təbiətə müdaxiləsi nəticəsində bir çox fauna və flora növləri məhv olub və ya onların sayı kəskin surətdə azalıb. Belə ki, son 400 ildə insanların canlı təbiətə zorakı münasibəti nəticəsində 150-dən çox vəhşi heyvan və quşların nəsli tamamilə kəsilib. Günümüzdə isə 600-dən artıq heyvan növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi var. Yenə də insanların təbiətə kobud müdaxiləsi nəticəsində çoxlu sayda qiymətli bitki növləri bərpa edilməsi mümkün olmayan şəkildə məhv edilib. Nəzərə alaq ki, bu bitki növlərinin arasında hətta bəşəriyyət üçün fəlakətə çevrilən bir sıra qorxulu xəstəliklərin, o cümlədən xərçəng, şəkər, astma, “Hepatit-B”nin təbii yolla müalicəsinə imkan verən dərman bitkiləri də olub. Ona görə də hazırda dünyada 20 minə yaxın bitki növünün yığılması qadağan edilib. Bu baxımdan günümüzdə Yer kürəsinin hər yerində biomüxtəlifliyin qorunub saxlanılması bəşəriyyətin gələcəyi üçün taleyüklü məsələlərdən birinə çevrilib. Təsadüfi deyil ki, biomüxtəlifliyin qorunub saxlanılmasının bütün canlılar, o cümlədən insanlar üçün də həyati önəm daşıdığını söyləyən məşhur amerikalı ekoloq alim A. Leordun: “Allah tərəfindən yaradılmış bir canlının, floranın məhvi insanların da sonunun çatacağını və bəşəriyyətin məhvə sürükləndiyini göstərir”,- deyə xəbərdarlıq edib.

Ona görə də bioloji müxtəlifliyin qorunub saxlanılması və mühafizə edilməsi günümüzdə ən önəmli məsələlərdən biri kimi ortaya çıxıb. Bu müstəvidə də dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da biomüxtəlifliyin qorunub saxlanılması, nəsli kəsilmək üzrə olan fauna və flora növlərinin mühafizəsi ölkəmizin gələcəyi baxımından ciddi əhəmiyyət kəsb etməkdədir.

 

Biomüxtəlifliyin qorunub saxlanılması

strateji məqsədə çevrilir

Azərbaycan dünyada zəngin fauna və floraya malik olan ölkələrdən biri olmasına, burada faunanın 18 min növünün qeydə alınmasına, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövünü, həşəratların isə 15 minə yaxın növünü özündə cəmləməsinə baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkəmizdən də yan keçməyib. Məsələnin bu tərəfinə diqqəti cəlb edən ekoloq Zakir Əliyev deyir ki, Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də faunanın azalması mühüm yer tutur: “Bu isə, öz növbəsində, biomüxtəlifliyin qorunub saxlanılmasını qaçılmaz zərurətlərdən birinə çevirib”.

Bu baxımdan əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. Bu çərçivədə də 1993-cü ildə xalqın tələbi ilə yenidən müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunmasına xidmət edən bir sıra tədbirlər həyata keçirildi. Bizi əhatə edən təbiətə böyük qayğı və həssaslıqla yanaşan Heydər Əliyev: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”,- deyirdi. Bu müstəvidə də Heydər Əliyevin sərəncamı ilə 2001-ci ilin may ayında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Bu qurum isə, öz  növbəsində, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllində böyük rol oynamağa başladı. Buna paralel olaraq, respublikamız üçün aktual olan ekoloji problemlərin həlli məqsədi ilə Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqramı (Milli Strategiya və Fəaliyyət Planı) və digər dövlət proqramları qəbul edildi.

Milli Strategiya və Fəaliyyət Planının məqsədi ekoloji tarazlığın tənzimlənməsi və davamlı inkişafa nail olunması, ölkədə olan bioloji müxtəlifliyin qorunub saxlanılması və onun səmərəli istifadəsini təmin edərək gələcək nəsillərə çatdırılmasıdır.

Yeri gəlmişkən, onu da deyək ki, bioloji müxtəlifliyin qorunması mühüm qlobal problem olduğundan onun həlli respublikamız da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür. Ona görə də bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin “Bioloji müxtəliflik haqqında” konvensiyasına qoşulub.

2001-ci il, dekabr ayının 21-də isə bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası təsis olunub. Bütün bunlar isə biomüxtəlifliyin qorunmasının və mühafizə edilməsinin taleyüklü bir məsələ olduğunu göstərir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə biomüxtəlifliyin qorunub saxlanılmasının strateji önəm daşıdığına diqqəti cəlb edərək: “Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəklikdir, faktdır və  gələcəkdə bizə böyük imkanlar gətirəcəkdir. Ancaq insanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su-bütün bunlara biz çox böyük diqqət göstərməliyik”,- deyib.

İşğal altındakı ərazilərimizdə biomüxtəliflik

təhlükə altındadır

Biomüxtəlifliyin qorunub saxlanılması üçün dövlət səviyyəsində uğurlu tədbirlərin həyata keçirilməsinə baxmayaraq, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzda biomüxtəlifliyə ağır zərbələr vurulmaqdadır. Belə ki, ermənilər tərəfindən işğal edilən ərazilərdəki 250 min 928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri vəhşicəsinə məhv edilməkdədir.

Buna paralel olaraq, erməni işğalı altında olan ərazilərimizdə adları Qırmızı Kitaba düşən (ağquyruq dəniz qartalının, böyük qartalın, məzar qartalının, qara kərkəsin, Qafqaz tetrası və digərlərinin) və düşməyən 100-dən artıq quş növlərinin nəslinin tamamilə kəsilməsi təhlükəsi əmələ gəlib. Halbuki erməni işğalına qədər zəngin flora və faunası ilə məşhur olan Qarabağda nadir və endemik quş növləri ilə yanaşı, nəsli kəsilməkdə olan quş növləri də müxtəlif qoruq və yasaqlıqlarda qorunurdu. Təsadüfi deyil ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş fauna növləri ümumi şəkildə bu təbii vilayətdə məskunlaşan heyvanların 25-30 faizini təşkil edir. Onu da deyək ki, işğal edilmiş ərazilərdəki biomüxtəlifliyə vurulan ağır zərbənin qarşısının alınması üçün müvafiq beynəlxalq qurumlara müraciət edilib. Təəssüflər olsun ki, onlar bu günə qədər işğal altındakı ərazilərimizdə ermənilər tərəfindən biomüxtəlifliyə vurulan zərbənin qarşısını almaq üçün hər hansı bir ciddi addım atmayıblar.

 

“Qırmızı Kitab” biomüxtəlifliyin

qorunmasının pasportudur

Biomüxtəlifliyin qorunub saxlanılması və bununla əlaqədar gələcəkdə xüsusi tədbirlər keçirmək məqsədi ilə bütün dünyada olduğu kimi, Azərbaycanda da nəsli kəsilən və kəsilməkdə olan fauna növlərinin adı “Qırmızı Kitab”a salınır. Bu kitab əslində nəsli kəsilməkdə olan quşların, vəhşi heyvanların və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Bitki və heyvanların isə “Qırmızı Kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli alıb.

“Qırmızı Kitab”a 108 növ heyvanın (məməlilərin 14, quşların 36, balıqların 5, amfibiya və reptiliyaların 13, həşəratların 40 növ və yarımnövləri) adı salınıb. Azərbaycan ornitofaunasından 36 növ quş Azərbaycan “Qırmızı Kitab”ına, 23 növ Dünya “Qırmızı Kitab”ına daxil edilib. Bu da biomüxtəlifliyin qorunub saxlanılması üçün kompleks tədbirlərin həyata keçirilməsinə imkan verməkdədir. Hazırda “Qırmızı Kitab”ın ikinci nəşri üzərində iş başa çatıb və yaxın zamanlarda onun işıq üzü görəcəyi gözlənilir.

 

Biomüxtəlifliyin qorunub saxlanılmasında

xüsusi mühafizə olunan ərazilərin əhəmiyyəti

Ölkəmizin zəngin faunasının qorunması və nəsli kəsilməkdə olan canlılar daima ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılıb. Bu müstəvidə də ölkəmizdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin qorunub saxlanılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmiş, qoruqlar və yasaqlıqlar təsis olunmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bizimlə söhbətində bildirdi ki, əsas məqsəd biomüxtəlifliyin qorunub saxlanılmasına xidmət edən xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsidir. O: “Son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi xeyli genişləndirilmiş, yeni qoruqlar və milli parklar salınmışdır. Bu baxımdan Şahdağ Milli Parkının yaradılması biomüxtəlifliyin qorunması sahəsində həyata keçirilən ən uğurlu tədbirlərdən biridir. Onu da deyim ki, biomüxtəlifliyin qorunub saxlanılmasında ölkəmizdə fəaliyyət göstərən 8 milli park, 11 qoruq və 24 yasaqlıq xüsusi rol oynayır”, - dedi.

Onun sözlərinə görə, hazırda biomüxtəlifliyin qorunub saxlanılmasına xidmət edəcək Zooloji Parkın yaradılması həlledici fazaya qədəm qoyub: “Zooloji parkın istifadəyə verilməsi isə Azərbaycanda biomüxtəlifliyin qorunub saxlanılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən daha bir uğurlu addım olacaq”.

Beləliklə, respublikamızda biomüxtəlifliyin qorunub saxlanılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər Azərbaycanın dünyada biomüxtəlifliyin qorunub saxlanılmasına nə qədər böyük diqqət və qayğı verdiyini göstərir. Bu isə, öz növbəsində, qədimlərdən günümüzə qədər gəlib çatan zəngin flora və faunamızın gələcək nəsillərə çatdırılacağına ümidlə baxmağa imkan verir.

 

Yazı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim edilir.

 
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədəki boşluqlar açıqlanıb
KADR ÇATIŞMAZLIĞI: minlərlə vakant iş yeri minlərlə işsiz insan
Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib
Eynşteynin sürücüsü
Qafqaz Universitetində Tofiq Hacıyevin kitabının təqdimatı keçirilib
“Yeraltı avtomobil parklarındakı qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil”
Gəncədə şahmat turniri keçirilir
İnsannıx ölüf, ona ağlıyıram...
”Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi Türkiyədə tələbələr üçün tədbir təşkil edib
Pərakəndə əmtəə dövriyyəsi artıb
İcra başçısı: “Ağstafanın əhalisi müharibənin dəhşətlərini yaşayır”
Quldur
“Ana ölümlərinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsi zəruridir”
Bakıda MDB Elektroenergetikası Şurasının iclası keçiriləcək
Mingəçevirdə avarçəkmə üzrə qaliblər məlum oldu
Paltarrarımızı heyvannar Geyəjək
Malatya pazari

kiv1

sirab
elif
 
 
Hollister Sverige,cheap Microsoft Office 2013,Botas de futbol baratas,Hollister outlet,Cheap Sony Vegas Pro 8,Nike Air Max baratas,Hollister Norge,Buy microsoft office 2010,Hollister outlet espa?a,cheap Windows 7 Professional/SP1,Goedkoop Nike air max,Nike Mercurial Vapor pas cher