|  
  |  
  |  
  |  
  |  
24 04, 2014
 
 
 
 
 
 

“Mikrosoft”un yeni məhsulu məhkəməlik oldu

17 November 2012, Saturday / ,
Write Comment 0 Add to Google
Dünyanın telekommunikasiya nəhənglərindən biri olan “Mikrosoft” (Microsoft) şirkətinin “Vindovs 8” (Windows 8) əməliyyat sistemi ilə təchiz edilmiş ilk planşet kompyuteri olan “Sörfeys” (Surface) məhkəmə iddiaları ilə üzləşib.
 

 ABŞ vətəndaşlarından biri daxili yaddaşı 32 GB olaraq reklam edilən “Sörfeys”i aldıqdan sonra yaddaşın həcminin 16 GB olduğunu görüb və aldanıldığı iddiası ilə məhkəməyə müraciət edib. Kaliforniya ştatında yaşayan Endryü Sokolovski adlı müştəri öz ərizəsində məhsulun reklamının aldadıcı olduğunu qeyd edib.

Məhkəmə iddiası ABŞ mediasında geniş yer tutub. Xüsusilə də müştərinin iddiasının doğru olduğunun dəqiqləşməsi məsələyə diqqəti artırıb.

Texnologiya saytlarında qeyd olunub ki, şirkətin saytında “Sörfeys” ilə bağlı məlumat verilərkən onun ümumi yaddaşının 32 GB olduğu qeyd olunub. Ancaq platşetin yaddaşına “Vörd” (Word), “Eqzel” (Excel) və “Vindovs RT” (Windows RT) kimi bir çox “Mikrosoft” proqramlarının yüklənməsindən sonra yaddaşın həcmi 16 GB-yə düşüb. Saytda həmçinin planşetin yaddaşını artırmaq üçün “SkayDrayv” (SkyDrive), “Mikro-EsDi” (MikroSD) və ya “Yu-Es-Bi” (USB) fləşdiskdən istifadə edilməsi tövsiyə olunur. Maraqlıdır ki, yaddaşın bu səbəbdən azalması saytda qeyd olunsa da, reklam mətnlərində bu informasiya öz əksini tapmayıb. Müştərinin şikayəti də əslində bundan doğub.

“Mikrosoft” isə iddiaların əsassız olduğunu bildirib. Adını açıqlamayan şirkət rəsmisi “CNET” saytına müsahibəsində deyib ki, müştərilər əslində real yaddaşın 16 GB olduğunu biliblər: “Üstəlik, bu, bütün planşetlərdə belədir. Məsələn, “Əpl” (Apple) firmasının 32 GB-lik “Aypəd”i (iPad) 28, 16 GB-lik modeli isə 14,3 GB-lik boş yaddaşa malikdir”.

Məhkəmə iddiasında “Sörfeys”in reklamında müvafiq düzəlişin edilməsi və bu reklama görə müştərilərə dəyən ziyanın ödənilməsi tələb kimi qoyulub.

 
Prezident yeni Aerovağzalın ilk sərnişini oldu
ABŞ səfiri: “Azərbaycan keçmiş sovet ölkələri arasında tam müstəqil siyasət yeridir”
“Şəki-Zaqatala Regional İnkişaf Modeli” layihəsi təqdim olundu
Tərs Məsləhətlər
“Ermənilər son vaxtlar yenidən Naxçıvana ərazi iddiası irəli sürürlər”
Bakıda “Şahdəniz” üçün 378 milyon dollarlıq gəmi istehsal olunacaq
“Hər birimizin məqsədi gözəl insan, şəxsiyyət yetişdirməkdir”
Gördüm
“Ölkədə gənclər təşkilatları və gənclərin yaratdığı QHT-lərin sayı artır”
Ölkədə 7,96 milyon aktiv, 1,76 milyon passiv mobil nömrə var
Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib
Dahi olmaq istəyirsənsə, istatus yaz!
Azərbaycanla İspaniya arasında konvensiya imzalanıb
Türkiyə ermənilər üçün vizanın qiymətini qaldırıb
Gəncədə şahmat turniri keçirilir
Eynşteynin sürücüsü
Malatya pazari

kiv1

sirab
elif
 
 
Hollister Sverige,cheap Microsoft Office 2013,Botas de futbol baratas,Hollister outlet,Cheap Sony Vegas Pro 8,Nike Air Max baratas,Hollister Norge,Buy microsoft office 2010,Hollister outlet espa?a,cheap Windows 7 Professional/SP1,Goedkoop Nike air max,Nike Mercurial Vapor pas cher