|  
  |  
  |  
  |  
  |  
17 04, 2014
 
 
 
 
 
 

Kola yarımadasında qazılan ən dərin quyunun qəribəlikləri (1)

13 March 2013, Wednesday / ƏZIZ MUSTAFA,
Write Comment 0 Add to Google
Keçmiş SSRİ-də yerin dərin qatlarının öyrənilməsinə xidmət edən quyunu su altında - Xəzər dənizində və ya Baykal gölündə qazmağı planlaşdırmışdılar.
 

Amma buna qarşı çıxanlar və quyunu digər yerlərdə qazmağın daha düzgün olacağını sübut etməyə çalışanlar da oldu. Onlardan biri də məşhur qazmaçı alim Nikolay Timofeyev idi. O, belə hesab edirdi ki, ən yaxşı halda yeni dərinlik quyusunu quruda qazmaq lazımdır. O, bunun vacibliyinə SSRİ Dövlət Elm və Texnika Komitəsini inandıra bildi. Timofeyev bu quyunu Amerika alimləri kimi yerin ən nazik qatında deyil, əksinə, ən qalın qatında qazmağı tövsiyə etdi.

Son əsrdə elm və texnikanın sürətli inkişafı bəşər oğluna kosmosun dərinliklərinə nüfuz etməyə və orada baş verən və hələlik, bizim üçün sirr hesab edilən bir sıra hadisələri tədqiq etməyə imkan verir. Lakin əsas diqqətini kosmosun öyrənilməsinə yönəldən insan oğlu nədənsə üzərində yaşadığı Yer kürəsinin sirrini hərtərəfli öyrənməyə ikinci dərəcəli vəzifə  kimi baxır. Bununla belə, müxtəlif vaxtlarda istər ABŞ, istərsə də keçmiş SSRİ-də yerin alt qatlarının öyrənilməsi üçün müxtəlif cəhdlər edilib.

Bunun da  bir sıra səbəbləri vardı. Belə ki, XX əsrin əvvəllərindən başlayaraq, alimlər belə hesab edirdilər ki, yer qatı yer qabığından, mantiya və nüvədən ibarətdir. Amma alimlər bu qatların nədən ibarət olduğunu tam şəkildə bilmirdilər. Hələ 50 il əvvəl tədqiqatçılar belə hesab edirdilər ki, qranit təbəqəsi yerin 50 metr dərinliyindən başlayır və 3 kilometr dərinliyə qədər uzanır. Bunun ardınca isə bazalt təbəqəsinin başladığı ehtimal edilirdi. Alimlər mantiya qatına yerin 15-18 kilometrliyində rast gəlindiyini bildirirdilər. Halbuki bu, elmi cəhətdən sübut edilməmişdi. Buna baxmayaraq, orta məktəb dərsliklərində yerin üç təbəqədən ibarət olduğu yazılır və şagirdlərə də məhz bunlar təlqin edilir. Həqiqətdə isə məsələ alimlərin düşündükləri və ya ehtimal etdikləri kimi deyilmiş. Bunu Kola yarımadasında qazılan ən dərin quyuda baş verən müəmmalı hadisələr də sübut edir.

 Uğursuzluq və ya gözlənilməz qəza

Yerin dərin qatlarına “səyahət” ideyası ötən əsrin 60-cı illərində, kosmosun fəthi uğrunda SSRİ ilə ABŞ arasında qızğın mübarizənin getdiyi bir vaxtda ortaya atıldı. Bu məqsədlə də yerin dərin qatlarının öyrənilməsi üçün quyuların qazılması qərara alındı. Ancaq  bu quyular harada qazılmalı idi? Alimlər uzun müddət bu suala cavab tapa bilmədilər. Ona görə də SSRİ və ABŞ-da bu məqsədlə müxtəlif variantları sınaqdan keçirməyi qərara aldılar. Məsələn, ABŞ-da belə hesab edirdilər ki, quyu yer qabığının ən nazik yerində qazılmalıdır. Bu məqsədlə də ABŞ-dan olan alimlər yer qabığının ən nazik olduğu yer kimi Havay adalarını seçdilər. Beləliklə, ABŞ yerin dərinliklərinin öyrənilməsinə xidmət edən quyunu Havaydakı Maui adasında qazmağa başladı. Belə ki, ABŞ alimləri seysmik araşdırmalar nəticəsində müəyyən etmişdilər ki, Maui adasında dənizin dibində mantiya qatı 5 kilometr dərinlikdə yerləşir. Amma hadisələrin gedişi göstərdi ki,  alimlər bu yeri seçməklə nədə isə yanılıblar. Belə ki, Maui adası sahillərində qazılan quyular, belə demək mümkünsə, gözlənilməz hadisənin qurbanına çevrildilər. Ən müasir texniki yeniliklərdən istifadə etməklə qazılan quyular 3 kilometr dərinlikdə ilişib qalırdı. Belə ki, yerin dərin qatlarında baş verən qəribə proseslər nəticəsində qazma qurğusu sıradan çıxırdı. Sanki hansısa qüvvə qazma qurğusunu məhv etməklə məşğul idi. Buna baxmayaraq, ABŞ bir necə dəfə eyni quyuya yeni qazma qurğusu endirdi. Ancaq bu qurğular da 3 kilometr dərinlikdə sıradan çıxdı. Yalnız bundan sonra ABŞ kəşfiyyat-sınaq işlərini dayandırmağa məcbur oldu. Həmin dövrdə Yerin dərin qatlarını öyrənmək məqsədi ilə qazılan 5 quyudan 4-ü 3 kilometr dərinlikdə sıradan çıxdı. Yalnız Kola yarımadasındakı quyunu 12  kilometr 262 metr dərinliyə qədər qazmaq mümkün oldu.

 Baltika qalxanı

Keçmiş SSRİ-də yerin dərin qatlarının öyrənilməsinə xidmət edən quyunu su altında - Xəzər dənizində və ya Baykal gölündə qazmağı planlaşdırmışdılar. Amma buna qarşı çıxanlar və quyunu digər yerlərdə qazmağın daha düzgün olacağını sübut etməyə çalışanlar da oldu. Onlardan biri də məşhur qazmaçı alim Nikolay Timofeyev idi. O, belə hesab edirdi ki, ən yaxşı halda yeni dərinlik quyusunu quruda qazmaq lazımdur. O, bunun vacibliyinə SSRİ Dövlət Elm və Texnika Komitəsini inandıra bildi. Timofeyev bu quyunu Amerika alimləri kimi yerin ən nazik qatında deyil, əksinə, ən qalın qatında qazmağı tövsiyə etdi. O bildirdi ki, yerin ən qalın qatında qazılacaq quyu həm də bu yerin tarixi keçmişinin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olacaq. Yeni kəşfiyyat quyusunun qazılması üçün yer kimi isə Kola yarımadasını seçdilər. Kola yarımadasının əmələ gəlməsi 3 milyardillik bir dövrü əhatə edirdi və burada çoxsaylı qədim plitədə təbəqələr - plastlar yerləşirdi. Digər tərəfdən də, yeni kəşfiyyat-qazma quyusunun qazılması üçün yer kimi Kola yarımadasının seçilməsi də təsadüfi deyildi. Burada qədimlərdə Hiperboreya adlı sivilizasiya mövcud olmuşdu və keçmiş SSRİ-də bu dövrü öyrənmək üçün çoxlu cəhdlər göstərilmişdi. Lakin bu cəhdlər uğurla nəticələnməmişdi. Ona görə SSRİ alimləri Kola yarımadasında qazılacaq yeni kəşfiyyat-qazma işləri zamanı bu sivilizasiyanın sirrini öyrənəcəklərinə ümid edirdilər. Yeni quyu ilə bağlı əldə edilən məlumatların dərhal SSRİ Elm və Texnika Komitəsinə ötürülməsi və onun nəticələri barədə ölkə rəhbərliyinə məlumat verilməsi qərara alınmışdı. Eyni zamanda SSRİ rəhbərliyi bu quyunun qazılmasını xüsusi nəzarət altında saxlayır və hər gün işin gedişi ilə maraqlanırdılar. Bu baxımdan Kola yarımadasında qazılacaq kəşfiyyat-qazma quyusunu o dövrdə Qaqarinin kosmosa göndərilməsi ilə müqayisə etmək olardı.

Qeyd edək ki, quyunun qazılması ilə bağlı SSRİ böyük həcmdə maliyyə vəsaiti ayırmışdı. Bu prosesdə iştirak edən kadrları olduqca diqqətlə seçir və onları hərtərəfli yoxlayırdılar.

Hətta yeni kəşfiyyat quyusunun qazılması məqsədi ilə seçilən kadrlarla bağlı proses kosmonavtların hazırlanması və seçilməsindən daha çətin şəkildə həyata keçirilirdi. Ona görə də o vaxt deyirdilər ki, yeni kəşfiyyat-qazma qurğusunda işə girmək kosmonavt olmaqdan qat-qat çətindir. Həmin dövrdə kəşfiyyat-qazma qurğusu ilə əlaqədar yaradılan elmi tədqiqat laboratoriyasındakı vakant bir yerə 150-200 ərizə verirdilər. Onlardan yalnız bir və ya ikisini seçərək işə götürürdülər. İşə qəbul edilən xoşbəxtləri dərhal mənzillə və ən yüksək maaşla təmin edirdilər. Kəşfiyyat-qazma işlərinə eyni zamanda 16 elmi-tədqiqat laboratoriyası cəlb edilmişdi. Onların hər biri orta səviyyəli zavodla müqayisə edilə bilərdi. Yeni quyunun qazılması və onun tədqiqi olduqca gizli şəraitdə həyata keçirilirdi. Belə ki, yeni kəşfiyyat-qazma qurğusuna asanlıqla yol tapmaq mümkün deyildi. Onun mühafizəsi həm qurudan, həm də havadan ən yüksək səviyyədə təmin edilmişdi.

Kola yarımadasında qazılan dərinlik quyusu əslində çoxlarının düşündüyü kimi, böyük diametrli boru - qazma qurğusu vasitəsi ilə qazılmırdı. Bu quyu 20 santimetr diametri olan və xüsusi poladdan hazırlanmış qazma qurğusu vasitəsilə qazılırdı. Qazma qurğusunun uc hissəsindəki almaz iynələrə xüsusi ötürücülər birləşdirilmişdi. Ötürücülər quyunun dərinlikləri barədə məlumatı yuxarıya ötürürdülər. Eyni zamanda bu ötürücülər xüsusi tros vasitəsilə vaxtaşırı yer səthinə qaldırılır və alınan məlumatların doğruluğu, onların işlək vəziyyətdə olub-olmaması yoxlanılırdı. Qazma qurğusu yerin dərinliklərinə endikcə ötürücülər dərinlikdə baş verən prosesləri, təzyiqi, temperaturu xüsusi mərkəzə ötürürdülər. Amma qazma qurğusunun işi heç də asan getmirdi. Tez-tez qəza baş verir və qazma qurğusu sıradan çıxırdı. Halbuki onlar ən müasir texnoloji yeniliklər əsasında hazırlanmışdı və maksimal temperatura və təzyiqə davamlı idi. Adi halda bu qazma qurğuları, adətən,s uzun müddət işləyirdi və qəzalar da nadir hallarda baş verirdi. Amma indi sanki hansısa görünməz qüvvə qazma qurğusunun işinə mane olmaq istəyirdi. Çox qəribə idi: iki dəfə qazma qurğusu əriyərək sıradan çıxmışdı. Halbuki qazma qurğusunun əridiyi dərinlikdə o qədər də yüksək temperatur olmamalı idi. 

 

 
Malatya pazari

kiv1

Yazarlar
sirab
elif
 
 
Hollister kl?der,,cheap Microsoft Office 2013 professional plus sale,Botas de futbol baratas nike,Hollister outlet espa?a,Cheap Sony Vegas Pro 9,Nike air max 90 baratas,hollister oslo,Buy Windows Server 2008 R2,Buy microsoft office 2010 pro plus,hollister tiendas online